Dodo "Qəbələ"yə gələcək? - Latviya klubu baxışa dəvət etdi

11:46 - 7 Yanvar 2019

"Qəbələ"nin maraq dairəsində olan Dodo karyerasını Latviyada davam etdirə bilər.

 

Sportal.az Latviya mətbuatına istinadən xəbər verir ki, braziliyalı futbolçunun xidmətində "Liepaya" klubu maraqlıdır. Bu barədə klubun idman direktoru Marek Zuntner məlumat verib. O, Dodonu yanvarın 12-də təlim-məşq toplanışa yollanacaqları Türkiyənin Antalya şəhərinə dəvət etdiklərini deyib. Klub rəsmisi "samba"çının məşqçiləri qane edəcəyi halda, müqavilə imzalanacağını vurğulayıb.

 

"Qəbələ" də 31 yaşlı yarımmüdafiəçini baxışa dəvət edib.

 

Qeyd edək ki, Dodo 2011/2016-cı illərdə "Qəbələ"də çıxış edib. O, "qırmızı-qaralar"dan ayrılandan sonra Braziliyanın "Joinvil" və Yunanıstanın AEL klublarında çıxış edib.

 

Xəbər xətti