"Çelsi"nin futbolçusu İtaliyaya qayıdır

13:12 - 7 Yanvar 2019

"Çelsi" müdafiəçisi Davide Zappakosta ilə yolları ayırmaq üzrədir.

 

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, 26 yaşlı sağ cinah müdafiəçi "Latsio"ya keçə bilər. Romalılar Zappakostanın keçidi üçün "Çelsi"yə 13 milyon-funt sterlinq təklif edib. London təmsilçisi "Latsio"nun bu təklifini qəbul edib. Tərəflərin tezliklə bütün məsələlərdə razılığa gələcəyi gözlənilir.

 

Qeyd edək ki, İtaliya millisinin üzvü 2017-ci ildə 28 milyon avroya "Torino"dan "Çelsi"yə keçmişdi.

Xəbər xətti