"Neftçi"nin sonuncu rəqibi bəlli oldu

14:01 - 7 Yanvar 2019

"Neftçi”nin Antalyadakı təlim-məşq toplanışındakı sonuncu rəqibi müəyyənləşib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, paytaxt klubu yanvarın 26-da Bolqarıstanın "Beroe” klubu ilə qarşılaşacaq.

 

Qeyd edək ki, "ağ-qaralar” bu gün bir araya gələrək, məşqləri bərpa edəcək. Ayın 13-dək Bakıda təklim-məşq toplanışı keçəcək "Neftçi” həmin gün Türkiyəyə yola düşəcək. Komanda ayın 18-də "Qaz Metan” (Mediaş, Rumıniya), 23-də isə "Slovan” (Liberets, Çexiya) klubları ilə yoxlama oyunu keçirəcək.

Xəbər xətti