Millimizin üzvünün komandası Ümit Özata həvalə edildi

17:31 - 7 Yanvar 2019

U-21 yığmamızın yarımmüdafiəçisi Ozan Can Kökçünün çıxış etdiyi Türkiyənin “Giresunspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, I Liqa təmsilçisinin "sükanı arxası"na Ümit Özata keçib. 42 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb. Çalışdırıcı bu vəzifədə Hüseyn Kalparı əvəzləyib.

 

Qeyd edək ki, Ümit Özatın son iş yeri "Gənclərbirliyi" olub.

Xəbər xətti