Millimizin üzvünün komandası "Bayer"lə qarşılaşacaq

18:56 - 7 Yanvar 2019

Azərbaycan millisinin üzvü Rüfət Dadaşovun formasını geyindiyi Almaniyanın "Proyssen" klubunun qış təlim-məşq toplanışı zamanı yoxlama oyunu keçirəcəyi rəqiblərindən biri müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, III Liqa təmsilçisi "Bayer"lə qarşılaşacaq.

 

Münster klubunun Bundesliqa təmsilçisiylə oyunu yanvarın 11-də keçiriləcək.

Xəbər xətti