"Qarabağ"ın düşərgəsində sürpriz qonaq

00:34 - 8 Yanvar 2019

Türkiyədə təlim-məşq toplanışını davam etdirən "Qarabağ"ın düşərgəsində xoş sürpriz baş verib.

 

Sportal.az xəbər verir ki, Ağdam klubunun sabiq qolkiperi İbrahim Şehiç düşərgəyə baş məkib. Türkiyə Super Liqa təmsilçisi "Ərzurumspor"da çıxış edən qapıçı futbolçu və məşqçi heyətiylə görüşüb.

 

Qeyd edək ki, 30 yaşlı əlcək sahibi ötən yay "Qarabağ"dan ayrılaraq, "Ərzurumspor"a keçmişdi.

Xəbər xətti