"Fənərbağça" Kamenidən qurtulmağa çalışır

11:50 - 8 Yanvar 2019

"Fənərbağça" illik 2,2 milyon avro məvacib alan qapıçısı Karlos Kamenidən qurtulmağa çalışır.

 

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubu 34 yaşlı əlcək sahibini transferə qoyub. "Sarı-lacivərdlilər" kamerunlu qolkiperi icarəyə də verməyə hazırdır. Lakin rəhbərlik Kamenini icarəyə götürəcək klubun maaşın yarısını ödəmək şərtini irəli sürəcək. Məlumatda qeyd edilib ki, Kameni üçün "Fənərbağça"ya müraciət edən klub olmayıb.

 

Qeyd edək ki, 2017-ci ildən "Malaqa"dan "Fənərbağça"ya keçən təcrübəli çərçivə qoruyucusunun müqavilə müddəti 2020-ci ilin yayında başa çatacaq.

Xəbər xətti