Serbiyalı baş məşqçidən AFFA-ya rədd cavabı

13:00 - 8 Yanvar 2019

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizəd olan Milan Obradoviç yığmamızın "sükanı arxası"na keçməyəcək.

 

Sportal.az "zurnal.rs" saytına istinadən xəbər verir ki, bu barədə Serbiya millisinin çalışdırıcısı Mladen Krstayiç məlumat verib: "Milan Obradoviçə təklif gəlsə də, getməyəcək. O, bundan imtina etdi. Obradoviç Serbiya yığmasında çalışmağa davam edəcək. Onun dəyişdirilməsini tələb etmək, lazım deyil".

 

Qeyd edək ki, 41 yaşlı mütəxəssis Serbiyanın U-19 yığmasını çalışdırır.

 

Xəbər xətti