"Keşlə" daha bir futbolçunu göndərdi

16:03 - 8 Yanvar 2019

"Keşlə"də növbəti ayrılıq baş verib.

 

Sportal.az klubun saytına istindən xəbər verir ki, paytaxt klubu qapıçısı Orxan Sadıqlı ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

 

"Xəzər Lənkəran"ın yetirməsi mövsümün ilk yarısını "Sumqayıt"da icarə əsasında keçirib.

 

Qeyd edək ki, "Keşlə" Ebrima Sohna, Bahodir Nəsimov, Georgios Georgiadis, Herve Tçami, Elnur Cəfərov, Məmməd Quliyevlə də yolları ayırıb.

Xəbər xətti