Orxan Sadıqlını məşhur "Qalatasaray"lı gözaltı edib: Transfer reallaşacaq? - ÖZƏL

17:45 - 8 Yanvar 2019

"Keşlə"dən ayrılan Orxan Sadıqlının klubsuz günləri qısa çəkə bilər.

 

Sportal.az saytının əldə etdiyi məlumata görə, 25 yaşlı qolkiper "Zirə"nin transfer hədəfindədir.

 

Bundan əlavə, Sadıqlı karyerasını Avropada davam etdirə bilər. Onun xidmətində Makedoniyanın "Şkupi" klubu maraqlıdır. Tərəflər yaxın günlərdə danışıqlara başlayacaq. Əgər danışıqlar müsbət tamamlansa, Orxanı "Qalatasaray"ın məşhur futbolçusu Ümit Karanın çalışdırdığı klubda görə bilərik. Məlumata görə, Türkiyə millisinin keçmiş üzvü olan 42 yaşlı mütəxəssis Orxanın keyfiyyətlərini bəyənib və bu keçidə müsbət yanaşır.

 

2012-ci ildə yaradılan "Şkupi" hazırda 10 komandalı Makedoniya çempionatında 5-ci yerdə qərarlaşıb.

 

Qeyd edək ki, "Xəzər Lənkəran"ın yetirməsi mövsümün ilk yarısını icarə əsasında "Sumqayıt"da keçirib.

 

Xəbər xətti