"Zirə" Bolqarıstan klubuyla qarşılaşacaq

18:48 - 8 Yanvar 2019

"Zirə"nin daha bir rəqibi müəyyənləşib.

 

Sportal.az "gong.bg" saytına istinadən xəbər verir ki, ayın 12-də Türkiyənin Antalya şəhərinə yollanacaq komanda Sofiyanın "Septemvri" klubu  ilə qarşılaşacaq. Bolqarıstan yüksək liqa təmsilçisi ilə görüş yanvarın 26-da keçiriləcək.

 

Qeyd edək ki, 4 yoxlama oyunu planlaşdıran "qartallar” ayın 15-də “Taraz” (Qazaxıstan), 18-də isə “Konkordiya” (Rumıniya) ilə qarşılaşacaq. Son rəqibi hələlik məlum olmayan komanda yanvarın 27-də toplanışı yekunlaşdırıb vətənə qayıdacaq.

Xəbər xətti