Voleybol millimiz Braziliya ilə eyni qrupda

11:09 - 9 Yanvar 2019

Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına qatılacaq komandaların müəyyənləşəcəyi qadın voleybolçular arasında seçmə qrup mərhələsinin püşkü atılıb.

 

Sportal.az xəbər verir ki, püşkə əsasən, Azərbaycan millisi D qrupunda Braziliya, Dominikan Respublikası və Kamerunla üz-üzə gələcək.

 

Qrupun görüşlərinin  avqust-sentyabr aylarında oynanılacağı gözlənilir.

 

Qeyd edək ki, hər qrupda birinci yeri tutan komandalar Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.

Xəbər xətti