Qurbanovla Bordin gerilədi

11:58 - 9 Yanvar 2019

Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

 

Sportal.az "World Coach Ranking" saytına istinadən xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 1073 xalla 465-ci pillədə yer alıb. Qurbanovun ötən siyahı ilə müqayisədə 6 pillə geriləyib.

 

"Neftçi"nin baş məşqçisi Roberto Bordin isə 123 xalla 962-ci pillədə qərarlaşıb. İtaliyalı mütəxəssis 1 pillə geri düşüb.

 

Qeyd edək ki, siyahıya “Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir. 2-ci pillədə  "River Pleyt”in baş məşqçisi Marselo Qallardo qərarlaşıb. "Atletiko"nun çalışdırıcısı Dieqo Simeone isə 3-cüdür.

Xəbər xətti