"Kəpəz"in yoxlama oyunlarında ilk rəqibləri müəyyənləşib

Gəncədə təlim-məşq toplanışına başlayan “Kəpəz”in hazırlıq dövründə keçirəcəyi yoxlama görüşlərindəki rəqiblərdən ikisi məlum olub. 

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, “sarı-göylər” 1-ci divizionun təmsilçiləri ilə qarşılaşacaq. Komanda ilk olaraq “Turan Tovuz” ilə üz-üzə gələcək. Oyun yanvarın 14-də Tovuzda keçiriləcək. 

 

“Kəpəz”in digər rəqibi isə “Ağsu” olacaq.  Sonuncuların meydanında reallaşacaq bu matçın tarixi hələ dəqiqləşməyib.

Tarix: 9 Yanvar [12:22]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 İyul 2019
19  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio