Yeni transfer qol vurdu, "Keşlə" darmadağınla qalib gəldi

14:55 - 9 Yanvar 2019

"Keşlə" mövsümün ikinci yarısına hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, paytaxt klubu Türk Hava Yolları Futbol Mərkəzində I Divizion təmsilçisi "Qaradağ Lökbatan”la qarşılaşıb. Oyun Tərlan Əhmədovun yetirmələrinin 4-0 hesablı qələbəsiylə başa çatıb. "Keşlə"nin yeni Vüsal İsgəndərli də debüt matçında qol vurub.

 

"Keşlə" - "Qaradağ Lökbatan" - 4:0
Qollar
: Nikola Mitroviç, 35 (pen.), Seymur Əsədov, 42, Vüsal İsgəndərli, 45, Andre Klennon, 90

Xəbər xətti