"Sabah" "Əskişəhərspor"la qarşılaşacaq

16:03 - 9 Yanvar 2019

Antalyanın Lara bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” yanvarın 12-də toplanış çərçivəsində ilk yoxlama oyununu keçirəcək.

 

Sportal.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, rəqib Türkiyənin birinci liqa təmsilçisi “Eskişehirspor” olacaq. Görüş yerli vaxtla saat 15:30-da, “Titanik” otelinin stadionunda baş tutacaq.

 

Xatırladaq ki, paytaxt klubu yanvarın 16-da Qazaxıstanın “Tobol”, 19-da isə Macarıstanın “MTK Budapeşt” klubları ilə qarşılaşacaq. Yanvarın 22-nə daha bir oyun nəzərdə tutulub.

Xəbər xətti