Orxan Sadıqlının yeni klubu rəsmən bəlli oldu

16:40 - 9 Yanvar 2019

"Artıq "Zirə"ylə anlaşmışam. Tezliklə klub rəsmi açıqlama verəcək".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Keşlə"dən ayrılan Orxan Sadıqlı söyləyib. 25 yaşlı qolkiper "Zirə"ylə anlaşdığını bildirib. Sadıqlı Makedoniyanın "Şkupi" klubuna keçməməsinin səbəbini də açıqlayıb:

"Məni "Şkupi"nin baş məşqçisi Ümit Karan bəyənmişdi. Lakin dəqiq söz demədilər. Mən gözləyirdim. "Zirə" variantı olmasaydı, xaricə üz tutacaqdım. "Şkupi"nin əsas qapıçısı var. Ora getmək mənim üçün riskli olacaqdı. Çünki cari mövsüm cəmi iki oyun keçimişəm. Ora oynayıb getmək daha yaxşı olardı. Praktika cəhətdən qorxurdum. Burada "Zirə" məsələsi çıxanda onları xəbərdar etdim. Dedilər ki, yayda bu məsələyə yenidən baxa bilərik".

Qeyd edək ki, "Xəzər Lənkəran"ın yetirməsi mövsümün ilk yarısını icarə əsasında "Sumqayıt"da keçirib.

 

Xəbər xətti