"Qəbələ"nin Volkovi eşqi: 70 min dollarlıq tələb!

17:27 - 9 Yanvar 2019

"Qəbələ"nin transfer etmək istədiyi hücumçunun adı məlumdur.

 

Sportal.az saytının əldə etdiyi xəbərə görə, şimal təmsilçisi axtardığı forvardı qonşu Gürcüstanda tapıb. Adıçəkilən ölkənin yüksək liqasında çıxış edən "Saburtalo" klubundan ayrılan hücumçu Davit Volkovi "qırmızı-qaralar"ın radarına düşüb. Artıq "Qəbələ" gürcü futbolçuya rəsmi təklif də edib. Volkovi danışıqlarda illik 70 min dollar məvacib tələb edib. "Qəbələ" ona bu məvacibi verməyə razıdır. Ancaq Davit qərar verməkdə tələsmədiyini qeyd edib. Onun xidmətində Gürcüstanın "Torpedo" (Kutaisi) və Qazaxıstanın bir klubu maraqlıdır.

 

Qeyd edək ki, 23 yaşlı forvard peşəkar karyerasına 2012-ci ildə "Qaqra" klubunda başlayıb. O, 2013-2015-ci illərdə Tiblisi "Dinamo"sunun üzvü olub. Davit 2017-ci ildən "Saburtalo"da çıxış edirdi. Volkovi bu klubun heyətində Gürcüstan çempionatında 45 oyuna 18 qol vurub.

Xəbər xətti