Ayaz Quliyevin transferi rəsmən açıqlandı

"Rostov"un Azərbaycan əsilli futbolçusu Ayaz Quliyev “Spartak”a dönüb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi Moskva klubunun təlim-məşq toplanışına qatılıb. O, sabiq klubu ilə uzun müddətli müqavilə bağlayıb.

 

"Spartak" Ayaz üçün “Rostov”a 1 milyon avro ödəyib. Quliyev Moskva təmsilçisində illik 1,2 milyon avro məvacib alacaq.

 

Qeyd edək ki, Rusiyanın aşağı yaş qruplarında oynamış futbolçu “Spartak”ın yetirməsidir. O, mövsümün əvvəlində “Spartak”dan “Rostov”a 500 min avroya keçmişdi. Müqavilədəki şərtə görə, "ağ-qrımızılar" Ayazı geri qaytara bilərdi.

Tarix: 10 Yanvar [00:00]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 İyun 2019
17  İyun 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio