"Qəbələ"nin futbolçusu "Dənizlispor"un hədəfində

10:32 - 10 Yanvar 2019

Türkiyə I Liqa təmsilçisi "Dənizlispor" "Qəbələ"nin futbolçusu Lalavele Atakoryla maraqlanır.

 

Sportal.az "denizlisporhaber.com"a istinadən xəbər verir ki, 28 yaşlı futbolçu Türkiyəyə qayıtmağa müsbət yanaşır. Hücumçu və müdafiəçi transferini tamamlayan "ağ-yaşıllar" toqolu yarımmüdafiəçnin keçidi üçün təmasa keçib. Xəbərdə transferin an məsələsi olduğu da qeyd edilib.

 

Qeyd edək ki, Atakora ötən yayda "Qəbələ" ilə 1+1 illik müqavilə imzalamışdı. Toqo millisinin üzvü Türkiyədə "Balıkesirspor" və "Adana Dəmirspor" klublarının formasını geyinib.

Xəbər xətti