ÇSKA-nın sabiq futbolçusu Azərbaycan klubundan imtina etdi

11:55 - 10 Yanvar 2019

Azad agent statusu daşıyan bolqarıstanlı müdafiəçi Plamen Kraçunov təklifləri gözləyir.

 

Sportal.az "topsport.bg" saytına istinadən xəbər verir ki, bolqar stopperin Kiprin "Ermis", Makedoniyanın "Rabotniçki" klublarıyla danışıqları nəticəsiz qalıb. Azərbaycanın adı açıqlanmayan klubundan təklif alan futbolçu maliyyə şərtləri aşağı olduğu üçün rədd cavabı verib. Xəbərdə qeyd edilib ki, Krauçov karyerasını Bolqarıstanda davam etdirmək fikrindədir.

 

Qeyd edək ki, 29 yaşlı müdafiəçi ölkəsinin "Maritsa" klubunun yetirməsidir. O, "Lokomotiv (Plovdiv), ÇSKA (Sofiya), "Slaviya" (Sofiya), "Sent-Conston" (Şotlandiya), "Etnikos" (Kipr) klublarında çıxış edib. Krauçovun son klubu Polşa "Sandeçya"sı olub.

Xəbər xətti