Yuri Maksimov ən yaxşılar arasında: "Hələ də ona Azərbaycandan təkliflər var"

Ukraynanın "football.ua" saytı ölkənin işsiz olan ən yaxşı baş məşqçilərinin siyahısını hazırlayıb.

Sportal.az xəbər verir ki, siyahıda "Keşlə"nin sabiq baş məşqçisi Yuri Maksimovun da adı var. 50 yaşlı mütəxəssis barədə bunlar qeyd edilib:

 

"Bu mütəxəssis ciddi uğurlara baxmayaraq, çox şanslı deyil. Maksimovun məşqçi karyerasına Minsk "Dinamo"sunda başladı və Ukraynanın bir neçə klubunu da çalışdırdı. Ancaq o, bu müddətdə uğursuz olub. Yalnız 2014-cü ildə Rusiyanın "Mordoviya" klubunu diviziondan Premyer Liqaya yüksəltdi, lakin onun orada qalıb çalışmaq şansı yox idi. Ötən il Maksimov üçün xeyli uğurlu oldu. O, Azərbaycanın "Keşlə" klubuna tarixində ilk dəfə ölkə kubokunu qazandırmağa nail oldu. Hələ də Maksimova Azərbaycandan maraq var. Ancaq o, təkliflərdə tələsmir".

 

Siyahıda Aleksandr Qolobko, Yuri Kalintvinçev, Sergey Puçkov, Viktor Skripnik və Pavel Yakovenkonun da adı var.

 

Qeyd edək ki, ukraynalı mütəxəssis ötən mövsümün gedişində "Keşlə"nin "sükanı arxası"na keçmişdi. Maksimov paytaxt təmsilçisinə ölkə kubokunu qazandırmışdı.

Tarix: 10 Yanvar [12:12]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Yanvar 2019
20  Yanvar 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio