"Valensiya" Batşuayini vaxtından əvvəl göndərdi

16:55 - 10 Yanvar 2019

"Valensiya" mövsümün əvvəlində "Çelsi"dən icarəyə götürdüyü Mişi Batşuayini yola salıb.

 

Sportal.az xəbər verir ki, bu barədə "yarasalar"ın idman direktoru Mateu Alemani "Football Espana"ya açıqlamasında deyib.

 

"Daily Mail"də yer alan xəbərə görə, belçikalı forvardla "Kristal Pelas"la "Vest Hem" klubları maraqlanırlar. London klubları Belçika millisinin üzvü üçün "Çelsi"yə təklif göndərəcəklər.

 

Qeyd edək ki, 25 yaşlı hücumçu "Çelsi"yə 2016-cı ildə "Marsel"dən 38 milyon avroya transfer edilib.

Xəbər xətti