"Qarabağ"ın və millimizin sabiq üzvü Region Liqasına üz tutdu

19:47 - 10 Yanvar 2019

Region Liqasında II dövrə hazırlıqlarını davam etdirən "FC Baku" klubu heyətini gücləndirib.

 

Sportal.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Murad Səttarlı paytaxt klubunda çıxış edəcək.

 

2010-cu ildə peşəkar karyerasına "Qarabağ"da başlayan Səttralı MOİK, "Sumqayıt" və "Simurq" klublarında icarə əsasında çıxış edib. Murad 2013-cü ildə "Simurq"a birdəfəlik transfer olmuşdu. Robert Prosineçkinin dönəmində yığma komandamızda bir oyun keçirən futbolçu AZAL, "Zirə" və "Kəpəz" klublarında da çıxış edib.

Xəbər xətti