"Şüvəlan"dan ayrılan Aqil Nəbiyev təkliflər aldı

20:37 - 10 Yanvar 2019

I Divizionda çıxış edən "Şüvəlan"a ötən mövsüm bürünc medallar qazandıran Aqil Nəbiyev gözlənilməz şəkildə istefa verdi.

 

Sportal.az saytına açıqlamasında, 36 yaşlı mütəxəssis məşqçi kurslarına fikrini cəmləmək üçün bu addımı atdığını söyləmişdi.

 

Gənc mütəxəssis "Şüvəlan"dan ayrıldıqdan sonra I Diviziondan yenə də təkliflər alıb. Ona düşünmək üçün vaxt da veriblər.

Xəbər xətti