Karanka "Nottingem Forest"dən ayrıldı

13:45 - 11 Yanvar 2019

İngiltərə Çempionşipində çıxış edən "Nottingem Forest" baş məşqçisi Aitor Karanka ilə yolları ayırıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, komandanın uğursuz çıxışına görə, ispan mütəxəssislə yollar ayrılıb.

 

45 yaşlı çalışdırıcı 2018-ci ildən "Nottingem Forest"i çalışdırırdı. Karanka daha öncə "Midlzbro" və İspaniyanın U-16 millisinin baş məşqçisi olub. O, 2010-2013-cü illərdə "Real"da məşqçi işləyib.

Xəbər xətti