Ruslan Abışov: "Kənardan baxmaq mənim üçün çox çətindir" MÜSAHİBƏ

16:02 - 11 Yanvar 2019

"Neftçi"nin kapitanı Ruslan Abışov jurnalistlərin suallarını cavablandırıb.
 
Sportal.az xəbər verir ki, təcrübəli müdafiəçi öncə hazırlıqlar barədə danışıb:


- Hazırlıqlara yeni başlamışıq, hər şey qaydasındadır. Zədədən sonra tam hazır deyiləm. Yəqin ki, Antalya toplanışında tam gücümlə hazırlaşacam. Düzdür, ilk məşqlər ağır olur.

 

- Antalyada yoxlama görüşlərində oynaya biləcəksən?

- Antalya toplanışında özümü tam hazır hiss etsəm, yoxlama oyunlarında iştirak edə bilərəm.

 

- "Neftçi"də yerin görünürdü?

- Komanda birinci yerdə gedir. Hər şey yaxşı gedir. Kubok barədə danışmaq istəmirəm. Kənardan baxmaq mənim üçün çox çətindir. Mən də bu klubun bir üzvüyəm. İnanıram ki, formamı bərpa edib əsas heyətə qayıdacam.

 

- Kubokda "Sumqayıt"ın sizi mübarizədən kənarlaşdırması sürpriz oldu?
- Açığı, sürpriz deməzdim. Ayxan Abbasovun gəlişindən sonra "Sumqayıt"In oyunlarında müsbət mənada inkişaf var. Bu da bizə çətinlik yaradırdı. "Sumqayıt" tamam başqa cür oynayırdı. İstəyirdim ki, mərhələni adlayan biz olaq. Artıq bir cəbhədə mübarizə aparırıq. Çalışacağıq ki, çempionluq uğrunda "Qarabağ" və digər komandalarla sona qədəq mübarizə aparaq.

Xəbər xətti