“Sumqayıt”ın baş məşqçisi milli komandada

10:58 - 14 Yanvar 2019

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviçin köməkçilərindən birinin adına aydınlıq gəlib. 

 

Sportal.az futbol11.az-a istinadən xəbər verir ki, bu, “Sumqayıt”ın əvəzedici komandasını çalışdıran Elbrus Məmmədovdur. Gənc mütəxəssislə bu gün müqavilə imzalanacaq.

 

Elbrus Məmmədov PRO kateqoriyasını Ukraynada alıb və serb çalışdırıcı ilə tanışlığı da ordan başlayıb.

 

Qeyd edək ki, Elbrus Məmmədov məşqçi kimi “Xəzər Lənkəran”ın əsas, əvəzedici komandasında və “Sumqayıt”da çalışıb. 

Xəbər xətti