"Neftçi"dən Braliçlə Karikari qərarı

11:07 - 14 Yanvar 2019

“Neftçi” bu gün Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışına start verib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, paytaxt klubunun hazırlıq prosesində 24 futbolçu iştirak edir. Komandadan göndərilməsi gündəmdə olan Slavko Braliç və Kvame Karikari düşərgədə deyil.

 

“Ağ-qaralar”ın Antalya toplanışına qatılan futbolçuların siyahısını təqdim edirik:

 

Qapıçılar: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 30. Aqil Məmmədov;

 

Müdafiəçilər: 3. Mamadu Mbodj, 5. Anton Krivotsyuk, 15. Ruslan Abışov, 18. Tural Axundov, 21. Məhəmməd Mirzəbəyov, 25. Kirilo Petrov, 26. Ömər Buludov, 70. Əli Şirinov, 77. Elvin Sərkərov, 95. Rəhman Daşdəmirov.

 

Yarımmüdafiəçilər: 6. Qoran Paratski, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov, 10. Dario Frederiko, 17. Rəhman Hacıyev, 20. Elnur Süleymanov, 32. Mirkamil Əliyev, 36. Mamadu Kane, 93. Soni Mustivar;

 

Hücumçular: 9. Baqali Dabo, 22. Mirabdulla Abbasov.

Xəbər xətti