Blaşikovskinin yeni klubu bəlli oldu: inanılmaz transfer hekayəsi

16:04 - 14 Yanvar 2019

"Volfsburq"dan ayrılan Polşa millisinin futbolçusu Yakub Blaşikovskinin yeni klubu bəlli olub.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi maraqlı transfer hekayəsinə imza atıb. Kuba yetirməsi olduğu Polşa "Visla"sına dönüb. Maraqlıdır ki, Blaşikovski maliyyə çətinliyi çəkən Krakov təmsilçisində maaşsız oynamağa razılaşıb. Bundan əlavə, polşalı oyunçu "Visla"ya 300 min avro ödəyib və bu addımla maaşını almayan futbolçulara yardım olub. Blaşikovskinin bu addımından sonra onun sabiq klubu Dortmund "Borussiya"sı sosial şəbəkə hesabında futbolçunun şəklini paylaşıb və "sadiqlik" başlığını verib.

 

Təcrübəli futbolçu "Borussiya" (Dormtund), "Fiorentina" və "Volfsburq" kimi klublarda çıxış edib. O, Polşa yığmasında 105 oyuna çıxıb.

 

Acı həyat hekayəsi olan Blaşikovski 10 yaşında olarkən atası anasını onun gözləri qarşısında bıçaqlayaraq öldürüb. Bu səbəbdən də atası 15 il həbs edilmişdi. Həyatda tək qalmasına baxmayaraq, Kuba özünə gələcək qura bildi.

 

Xəbər xətti