Pep Qvardiola: "Onun transferi üçün 100 milyon ödməyəcəyik"

16:31 - 14 Yanvar 2019

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Vulverhempton"un yarımmüdafiəçisi Ruben Neveşin adının "şəhərlilər"lə hallanmasına münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, 47 yaşlı mütəxəssis bu iddiaları təkzib edib:

 

"Təxminən bir ay öncə Ruben Neveşlə bağlı xəbərləri oxudum. Belə bir transfer olmayacaq. Bu tip yarımmüdafiəçi üçün 100 milyon funt-sterlinq ödməyəcəyik. Bəzi limitlərimi var və daha çox xərcləmək istəmirik".

 

Qeyd edək ki, Portuqaliya millisinin üzvü olan 21 yaşlı yarımmüdafiəçi 2017-ci ildə 15,8 milyon funt-sterlinq qarşılığında "Portu"dan "Vulverhempton"a keçmişdi.

Xəbər xətti