"Kəpəz" "Sabah"ın futbolçusunu heyətinə qatdı

17:27 - 14 Yanvar 2019

Qış hazırlıq dövründə “Kəpəz” ilk transferini həyata keçirib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, “sarı-göylər” Gəncə futbolunun yetirməsi Əli Səmədovla güclənib. 22 yaşlı yarımmüdafiəçi mövsümün ilk yarısında “Sabah-2” komandasının şərəfini qoruyub. Onunla cari çempionatın sonuna kimi müqavilə bağlanıb.

 

Qeyd edək ki, mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edən Əli Səmədov yayda “Kəpəz”dən ayrılıb Bakı təmsilçisinə keçmişdi. O, buna kimi son 3 mövsümdə Gəncə klubunun əsas və əvəzedici komandasında çıxış edib.

Xəbər xətti