"Everton"un Cenk Tosun üçün tələb etdiyi məbləğ

18:26 - 14 Yanvar 2019

"Everton" əsas heyətdə özünə yer edə bilməyən Türkiyə millisinin üzvü Cenk Tosun transferə çıxarılıb.

 

Sportal.az xəbər verir ki, Liverpul təmsilçisi 27 yaşlı futbolçunu yaxşı təklif gələcəyi halda satmağa qərar verib. Bu keçid üçün Premyer Liqa klubu 22,5 milyon avro tələb edir.

 

Bundan əlavə, "Everton" Omar Niasse ilə Morqan Şnayderlini də transferə çıxarıb.

 

Cenk Tosunun xidmətində sabiq klubu "Beşiktaş", İngiltərə və İspaniya klubları maraqlıdır.

 

Qeyd edək ki, "Everton" ötən ilin əvvəlində Tosunu 24+4 milyon avroya "Beşiktaş"dan transfer etmişdi.

Xəbər xətti