Çex karyerasını başa vurur

15:48 - 15 Yanvar 2019

Çexiya futbolunun əfsanəsi Petr Çex karyerasıyla bağlı önəmli qərar verib.

 

Sportal.az xəbər verir ki, "Arsenal"da çıxış edən 36 yaşlı qaoliperi mövsümün sonunda əlcəklərini mıxdan asacağını deyib:

 

"Getmək üçün doğru zaman seçmişəm. 15 ildir ki, Premyer Liqada oynayıram. Qazanmalı olan bütnü titullara yiyələnmişəm".

 

Qeyd edək ki, Çexiya millisinin sabiq üzvü ölkəsinin Plzen "Viktoriya"sının yetirməsidir. O, Çexiyada "Çmel" və "Sparta" (Praqa) klublarında da çıxış edib. Çex 2002-2004-cü illərdə Fransanın "Renn" klubunda çıxış edib. 2004-cü ildə Çex 7 milyon funt-sterlinq qarşılığında "Çelsi"yə üz tutur. 2015-ci ildə isə o, Londonun digər təmsilçisi "Arsenal"a transfer olub.

Xəbər xətti