"Liverpul"un sabiq futbolçusu rəsmən Türkiyə klubunda

17:10 - 15 Yanvar 2019

"Liverpul"un sabiq futbolçusu Stiven Koker karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı müdafiəçi "Alanyaspor"da baxışdan uğurlu keçib. Onunla rəsmi müqavilə bağlanılıb. Transfer detalları barədə məlumat verilməyib..

 

Qeyd edək ki, İngiltərə millisində bir oyun keçirən Koker "Tottenhem", "Suonsi Siti", "Kardiff Siti", KPR, "Sauthempton", "Liverpul" kimi klublarda çıxış edib. Onun son klubu Şotlandiyanın "Dandi Yunayted" klubu olub.

Xəbər xətti