"Qarabağ"ın "Uypeşt"lə oyununun vaxtı açıqlandı

00:00 - 16 Yanvar 2019

Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” sabah ilk yoxlama oyununu keçirəcək.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Macarıstan təmsilçisi “Uypeşt”lə görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

 

Xatırladaq ki, “Qarabağ” ilk sınaq matçını yanvarın 12-də “Botoşani”yə qarşı keçirməli olsa da, güclü yağış səbəbindən qarşılaşma təxirə düşüb.

Xəbər xətti