Avstraliya Suriyanı 90+3-cü dəqiqədə vurduğu qolla 1/8 finala buraxmadı VİDEO

00:51 - 16 Yanvar 2019

Asiya kubokunda qrup mərhələsinin sonuncu - üçüncü turunun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, B qrupunda Avstraliya Suriyaya 3:2 hesabı ilə qalib gəlib. Bu məğlubiyyətdən sonra Suriya qrupda qalıb.

 

B qrupunu 7 xalla İordaniya lider başa vurub. Avstraliya 6 xalla 2-ci olub və mərhələ adlayıb. 2 xalı olan Fələstinin mərhələ adlayıb-adlamayacağı isə qrup mərhələsi başa çatdıqdan sonra bəlli olacaq. Suriya 1 xalla sonuncu olub.

 

Avstraliya 3-2 Suriya

Qollar: Aver Mabil, 41, Kristofer İkonomidis, 54, Tom Roqiç, 90+3 - Omar Xərbin, 43, Omar Əl Somah, 80 (pen.)

 

Xəbər xətti