"Sabah" "Tobol"la heç-heçə etdi

19:55 - 16 Yanvar 2019

Antalyada təlim-məşq toplanışını davam etdirən "Sabah" bu gün növbəti yoxlama oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, paytaxt klubu Qazaxıstanın "Tobol" klubuyla qüvvəsini sınayıb. "Titanik" otelinin stadionunda keçirilən matç 2-2 hesablı heç-heçə ilə başa çatıb..

 

"Sabah" Antalyadakı ilk yoxlama oyununda Türkiyənin I Liqa təmsilçisi "Əskişəhərspor"u 1:0 hesabıyla məğlub edib.

 

Qeyd edək ki, "Sabah" "Tobol"la matçdan sonra Antalyada daha 2 yoxlama oyunu keçirəcək. Elşad Əhmədovun komandası yanvarın 19-da Macarıstanın MTK klubu ilə qarşılaşacaq. Yanvarın 22-nə daha bir oyun nəzərdə tutulsa da, rəqib hələlik dəqiqləşməyib.

 

Yoxlama oyunu

16 yanvar

 

18:00. "Sabah" (Azərbaycan) - "Tobol" (Qazaxıstan) - 2:2

Qollar: Rəşad Eyubov, 39, Cavid İmamverdiyev, 53

 

"Sabah"ın start heyəti: 30. Saşa Stamenkoviç, 19. Məqsəd İsayev, 13. Filip İvanoviç, 5. Kərim Diniyev, 25. Vanderson Silva, 2. Təmkin Xəlilzadə, 10. Cavid İmamverdiyev (k), 11. Elgün Nəbiyev, 15. Erik Ramos, 7. Rəşad Eyubov, 9. Marko Deviç.

Xəbər xətti