"Qalatasaray" Çindən hücumçu alır

10:52 - 16 Yanvar 2019

Hücumçu axtarışlarını davam etdirən "Qalatasaray" transferi reallaşdırmağa yaxındır.

 

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Quançjoy Everqrand"ın hücumçusu Alan "Qalatasaray"a keçməyə yaxındır. Məlumata görə, futbolçu yanvarın 21-də İstanbula tibbi müayinədən keçməyə gələcək. Transferin şərtləri barədə isə məlumat verilməyib.

 

Qeyd edək ki, 29 yaşlı braziliyalı hücumçu 2015-ci ildə Avstriyanın "Zalsburq" klubundan Çinə 11,1 milyon avroya keçmişdi.

Xəbər xətti