"Barselona" futbolçusunu 50 milyon avroya Çin klubuna satdı

11:20 - 16 Yanvar 2019

"Barselona" yarımmüdafiəçisi Paulinyonu Çinin "Quançjoy Everqrand" klubuna birdəfəlik satıb.

 

Sportal.az xəbər verir ki, Braziliya millisinin üzvünü icarəyə götürən Çin klubu 50 milyon avro ödəyərək, onun transfer hüququna sahib çıxıb. 30 yaşlı futbolçunun illik əmək haqqı 14 milyon avrodur.

 

Qeyd edək ki,  “Barselona” Paulinyonu 2017-ci ilin yayında “Quançjou Everqrand”dan 40 milyon avroya transfer etmişdi. Ötən yay isə braziliyalı oyunçu sabiq klubuna icarəyə göndərilmişdi.

Xəbər xətti