Mario Balotellinin yeni klubu bəlli oldu

12:15 - 16 Yanvar 2019

"Nitsa"nın transferə çıxardığı Mario Balotelli karyerasını Fransada davam etdirəcək.

 

Sportal.az "Sky Italia"ya istinadən xəbər verir ki, İtaliya millisinin üzvü "Marsel"lə anlaşıb. Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb. Balotelli bu müddət ərzində 2 milyon avro maaş alacaq.

 

Qeyd edək ki, "Nitsa"da baş məşqçi Patrik Vieyra ilə yola getməyən 28 yaşlı hücumçu cari mövsüm cəmi 10 oyun keçirib.

Xəbər xətti