Pedro Enrike qərarını verdi: "Astana"dan ayrılır

13:13 - 16 Yanvar 2019

"Astana"da aparıcı simaya çevrilən Pedro Enrike ayrılıq qərarı verib.

 

Sportal.az "Arena FM" radiosuna istinadən xəbər verir ki, müqavilə ilə Yunanıstanın PAOK klubuna məxsus olan 28 yaşlı futbolçu komandasına qayıdacaq. Braziliyalı vinqer PAOK-a dönəcəyini söyləyib:

 

"Həyat yoldaşımla məsləhətləşdim. PAOK-a qayıtmaq barədə qərar qəbul etdik. Klubun vitse-prezidenti Giorgos Savvidislə əlaqə saxladım və ona dedim ki, ya mənə Braziliyada qalmağa icazə verin, ya da PAOK-a geri qaytarın. Qazaxıstanda qalmaq istəmirəm. Üç həftə sonra klub rəsmisi zəng edib məni geri qaytarmaq üçün əllərindən gələni edəcəklərini dedi. Müqaviləmin başa çatmasına altı ay qalıb. Biz Avropa Liqasında da 1/16 final mərhələsinə yüksələ bilmədik. Mart ayında isə Qazaxıstanda çempionat start götürür. Mən PAOK-a qayıdıb, komandama kömək etmək istəyirəm. Savvidislə danışıq zamanı geri dönəcəyimlə bağlı razılığa gəldik. Ümid edirəm ki, bir həftəyə hər şey həll olacaq".

 

Qeyd edək ki, Pedro Enrike ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirmişdi. PAOK ötən yay Pedronu "Astana"ya bir illik icarəyə vermişdi. Futbolçunun adı yenidən "Qarabağ"la hallanır.

Xəbər xətti