Adı "Neftçi" ilə hallanan futbolçu Rumıniya klubunda

13:39 - 16 Yanvar 2019

Bolqarıstanın "Levski" klubu əfsanəvi braziliyalı futbolçu Rivaldonun oğlu Rivaldinyonu icarəyə verib.

 

Sportal.az xəbər verir ki, Sofiya klubunda heç nə ilə yadda qalmayan futbolçu Rumıniyanın "Vitorul" klubuna göndərilib. 23 yaşlı hücumçu George Hacının çalışdırdığı klubda mövsümün sonuna qədər çıxış edəcək.

 

Agentlər "Levski" ilə 2020-ci ilin yayına kimi müqaviləsi olan futbolçunu "Neftçi"yə də təklif etmişdilər.

 

Qeyd edək ki, Rivaldinyo ölkəsi Braziliyada "Moqo Mirim", "Piraskiba", "İnternasional", "Paysandu" klublarında forma geyib. Gənc hücumçu Avropada "Boavişta" (Portuqaliya) və "Dinamo"da (Buxarest, Rumıniya) uğursuz karyera yaşayıb. 

Xəbər xətti