Transfer fəaliyyətini davam etdirən "Qalatasaray"da növbəti ayrılıq baş tutub.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, İstanbul klubu müdafiəçisi Tarık Çamdalla yolları ayırıb.
"Sarı-qırmızılar" 27 yaşlı futbolçunu 2014-cü ildə "Əskişəhərspor"dan 4,75 milyon avroya transfer etmişdi. Almaniyanın "1860 Münhen" klubunun yetirməsi "Qalatasaray"da 4,5 mövsümə 6,95 milyon avro qazanc əldə edib. Türkiyə millisinin üzvü 42 oyunda qol vurmayıb, assist etməyib və 5 kubok qazanıb.