"Sumqayıt" yeni transferini rəsmən açıqladı

17:51 - 16 Yanvar 2019

2018/2019 mövsümünün üçüncü dövrəsi üçün hazırlıqlarını davam etdirən “Sumqayıt” növbəti transferini həyata keçirib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi “Maşın Sazi” (Təbriz) klubunda çıxış edən əslən azərbaycanlı hücumçu Peyman Babayilə müqavilə imzalayıb. 1,5 illik icarə əsasında “Sumqayıt”ın şərəfini qoruyacaq olan Babayi 8 nömrəli formada çıxış edəcək.


Qeyd edək ki, “Traktor Sazi” klubunun yetirməsi olan Peyman BabayiTəbriz şəhərində anadan olub. 2015-ci ilə qədər adıçəkilən klubun şərəfini qoruyan 24 yaşlı futbolçu Təbrizin digər klubları “Qostareş Fulad” (26 oyun, 7 qol) və “Maşın Sazi”nin (14 oyun, 3 qol) uğurları üçün çalışıb.

 

Xəbər xətti