Sənan Qurbanov: "Qarşıdakı günlərdə onlar barədə qərar veriləcək"

19:46 - 16 Yanvar 2019

"İntensiv məşqlərdən sonra bu oyun planımıza uyğun idi. Əsas heyət üzvlərinin ağır yüklənməsindən sonra böyük meydançada istədiyimizi yerinə yetirməyə çalışdıq".

 

Sportal.az xəbər verir ki, bu sözləri Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı çərçivəsində baş tutan “Qəbələ” – “Meppen” (Almaniya) oyunundan (1:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Sənan Qurbanov klubun saytına söyləyib. 39 yaşlı mütəxəssis baxışda olan braziliyalılar - Mateus Fornazari, Josiel, Vellerson da Silva və Kayo Neveslə bağlı qarşıdakı günlərdə qərar verəcəklərini deyib:

 

“Bəzi oyun elementlərini icra etmək istəyirdik. Küləkli havaya baxmayaraq, futbolçular tam olmasa da, tapşırığı yerinə yetirdilər. Oyundan razı qaldım. Əlverişsiz hava şəraiti istəyimizi tam həyata keçirməyə imkan vermədi. Rəqib aqressiv və sürətli komanda idi. Üçüncü hissədə baxışda olan futbolçulara daha çox vaxt verdik ki, özlərini göstərsinlər. Onlar da bu şans yarandı. Qarşıdakı günlərdə onlar barədə qərar veriləcək”.

Xəbər xətti