"Qəbələ" dörd braziliyalını yoxlayır

19:35 - 16 Yanvar 2019

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışını davam etdirən "Qəbələ"də dörd braziliyalı futbolçu baxışdadır.

 

Sportal.az xəbər verir ki, Mateus Fornazari, Kayo Neves, Josiel və Vellerson da Silva baş məşqçi Sənan Qurbanovun gözünə girməyə çalışırlar. Fornazarri və Neves hücumçu, Vallersonla Josiel isə yarımmüdafiəçidi.

 

Braziliyalılar bu gün "qırmızı-qaralar"ın Almaniyanın "Meppen" klubu ilə yoxlama oyununda (1:2) meydanda olublar. Vellerson Almaniyanın III Bundesliqa klubuna qol vurmağı da bacarıb.

 

Baxışda olan futbolçular barədə məşqçilər korpusu qərar verəcək.

Xəbər xətti