Qurban Qurbanov: "Bu gün optimal formadan uzağıq"

20:09 - 16 Yanvar 2019

"İlk oyunumuz idi. Bu gün optimal formadan uzağıq, bu gün düzdür, hava şəraiti də sürətli oyun göstərməyə imkan vermədi".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov klubun "facebook" səhifəsinə açıqlamasında deyib. Antalyada təlim-məşq toplanışında olan Ağdam təmsilçisi ilk yoxlama matçında Macarıstanın "Uypeşt" klubuna 0-1 hesabı ilə uduzub. 46 yaşlı mütəxəssis komandasından razı qaldığını deyib:

 

"Amma komandada çox şeydən razı qaldım, hansı ki, futbolçularım verdiyim tapşırıqları yerinə yetirməyə çalışdılar. Ancaq texniki səhvlər var idi, bu da normaldır. Düşünürəm ki, növbəti yoxlama matçında daha yaxşı oyun göstərəcəyik".

Xəbər xətti