"Everton" hücumçusunu icarəyə verdi

22:44 - 16 Yanvar 2019

"Everton"un hücumçusu Oumar Niasseni icarəyə verib.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı forvard karyerasını Premyer Liqanın digər təmsilçisi "Kardiff Siti"də davam etdirəcək. Seneqallı futbolçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

 

Qeyd edək ki, Niasse 2016-cı ildə "Lokomotiv"dən "Everton"a 17,9 milyon avroya transfer edilib.

Xəbər xətti