Qazzayev: "Sabah" təzələnmiş gücdə görünürdü"

11:27 - 17 Yanvar 2019

"Futolçuların hazırlıq səviyyəsini görmək üçün hamıya şans verdik. Oyunun ilk hissəsindən razı qaldım".

 

Sportal.az xəbər verir ki, bu sözləri Türkiyənin Antalya şəhərində "Sabah"la 2:2 hesablı heç-heçə edən Qazaxıstanın "Tobol" klubunun baş məşqçisi Vladimir Qazzayev deyib. 38 yaşlı mütəxəssis matçla bağlı danışıb:

 

"Komandam tapşırıqları dəqiq yerinə yetirdi. Nəzərə almaq lazımdır ki, futbolçular ağır yükləmədən sonra meydana çıxmışdılar. Rəqib "Sabah" da təzələnmiş gücdə görünürdü. Buna baxmayaraq, hesabda 0:2 geri düşsək də, futbolçular xarakter nümayiş etdirdi. Bunun nəticəsində də hesabı bərabərləşdirə bildik. Gənc oyunçular da özlərini pis tərəfdən göstərmədilər. Bir sıra səhvlərə yol verdik. Hazırlıq plan üzrə gedir".

Xəbər xətti